Azərbaycan son 5 ildə nə qədər qızıl istehsal edib? – SİYAHI


Bu ilin ilk rübü ərzində Azərbaycanda 829,5 kiloqram qızıl istehsal edilib. 
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 12,5% və ya 118,8 kiloqram az olub.
Məlumat üçün bildirək ki,  son 5 ildə Azərbaycanda 14 min 978,8 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı 2015-ci ildə 2 min 229,2, 2016-cı ildə 1 895,3, 2017-ci ildə 3 min 667,1, 2018-ci ildə 3 min 475,7, 2019-cu ildə 3 min 711,5 və 2020-ci ildə 3 min 571,5 kiloqram olub.
Onu da bildirək ki, hazırda Azərbaycanda qızıl istehsalı Azərbaycan hökuməti ilə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti arasında 1997-ci ilin avqustunda 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqaviləyə ədsasən istehsal olunur. Bu müqavilədə Azərbaycanın pay hissəsi 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining plc" şirkətinin pay hissəsi isə 49%-dir. "Anglo Asian Mining Plc" şirkəti Azərbaycan hökuməti ilə imzalanan müqaviləyə əsasən, Azərbaycanın cənub-qərbindəki altı yataqda – Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Söyüdlüdə işləmək hüququna malikdir.
Müqaviləyə əsasən, yataqlardan 400 ton qızl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılır.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib.

DİGƏR XƏBƏRLƏR

Top