Prokurorluqdan Bakıda atanın 1 yaşlı oğlunu qətlə yetirməsilə bağlı AÇIQLAMA – YENİLƏNİB

Mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


***11:32
Bakının Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, 28 yaşlı Vüsal Əliyev 1 yaşlı oğlu R.-i boğaraq qətlə yetirib.

V.Əliyev tutulub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top