ABŞ müttəfiqlərini casuslar vasitəsiylə izləyib


ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) Danimarka kəşfiyyat xidməti ilə əməkdaşlıq edərək, Almaniya kansleri Angela Merkel, İsveç, Norveç, Fransa və Almaniyanın yüksək səviyyəli nazir və səlahiyyətlilərini təqib etdiyi ortaya çıxıb. 
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, iddia Danimarka dövlət televiziyasında gedən xəbərdən sonra araşdırılmağa başlanıb. Belə ki, NSA-nın 2012-2014-cü illər arasında Danimarka ilə birgə İsveç, Norveç, Fransa və Almaniyadan olan yüksək səviyyəli nazir və vəzifəli şəxsləri izlədiyi məlum olub. Hadisə ilə bağlı detalların ətraflı şəkildə ictimaiyyətə açıqlanacağı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top