Koronavirusla bağlı yeni məlumat: "Bu qadın yoluxan ilk insan ola bilər"


Alimlər koronavirusa yoluxan ilk insan ola biləcək "Patient Su" adlanan bir qadın barədə xəbər yayıb.
Yeniavaz.com
“Mirror”a istinadla xəbər verir ki, 61 yaşlı qadının Uhan Virologiya İnstitutunun yaxınlığında yaşayır. Qadının noyabr ayında xəstələndiyi və COVİD-ə bənzər simptomlar daşıdığı bildirilib. Bu barədə araşdırmanı təqdim edən  Qilles Demanaf adlı alim bildirib ki, həmin qadın xəstəliyin yayılma tarixi kimi qəbul edilən 8 dekabrdan bir ay əvvəl yoluxub: "Qadının yaşadığı ünvan 2 nömrəli metro xəttinin tam yanında və ilk xəstələrin müalicə aldığı xəstəxanın yanında yerləşir". 
"Mail on Sunday" qəzetinin yazdığına görə, "sirli xəstə" ilə bağlı detallar çinli məmurun səhvən jurnal redaksiyasına göndərdiyi məlumatlardan sonra ortaya çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top