
Kolumbiyanın Bolivar bölgəsində polis helikopterinin qəzaya uğraması nəticəsində 5 polis əməkdaşı həyatını itirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kolumbiya prezidenti İvan Duque məlumat verib. Açıqlamada prezidentin başsağlığı verdiyi və məsələ ilə bağlı istintaq işinin başladığı bildirilib.
Qəzanın mexaniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur.