Lirənin məzənnəsi manat qarşısında tarixi minimum düşdü


Son 3 ayda Türkiyənin milli valyutası - lirə Azərbaycan manatı qarşısında 18,8% dəyərdən düşüb.
Yeniavaz.com
xəbər verir ki, fevral ayının 22-də lirənin məzənnəsi bu ilin ən yüksək səviyyəsinə 24,4 qəpiyə yüksəldiyi halda, bu gün 19,8 qəpiyə düşüb.  
Onu da bildirək ki, bugünə kimi Türkiyə lirəsi manat qarşısında heç vaxt bu həddə qədər ucuzlaşmayıb. Lirə manat qarşısında ən yüksək səviyəyə isə 14 mart 2016-cı il tarixində yüksəlib. Həmin tarixdə 1 lirə 57,9 qəpik olub.

DİGƏR XƏBƏRLƏR

Top