Alimlər xəbərdarlıq etdi: "Mənşəyini tam öyrənə bilməsək, COVID-26 və COVID-32..."


ABŞ alimləri dünyada yayılan yeni növ koronavirus barədə xəbərdarlıq edib.
Yeniavaz.com
NBC telekanalına istinadla xəbər verir ki, ABŞ-da koronavirus və yoluxucu xəstəliklər üzrə mütəxəssislərdən biri olan Piter Hotez COVID-19-un daha təhlükəli versiyalarının ortaya çıxması ehtimalı barədə xəbərdarlıq edib:
"Bu, 21-ci əsrdə üçüncü böyük pandemiyadır. Bundan sonra nələrin baş verəcəyini anlamaq mümkündür. COVID-19-un mənşəyini tam öyrənə bilməsək COVID-26 və COVID-32 daha qorxulu olacaq". 
Alimin sözlərinə görə, çox sayda viroloq və epidemioloqları pandemiyanın başladığı Çinin Uhan şəhərinə göndərmək lazımdır. Alimlər virusun yayıldığı yerdə məlumat və lazımi nümunələri toplamalıdırlar. Bunun üçün də Çinin təzyiqi olmadan araşdırmaların aparılmasının vacibliyi vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top