Erməni təxribat-diversiya qrupu Azərbaycana keçməyə cəhd göstərərkən zərərsizləşdirilib? – RƏSMİ REAKSİYA


Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

Bununla əlaqədar Dövlət Sərhəd Xidmətindən Yeniavaz.com-a bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır.

DİGƏR XƏBƏRLƏR

Top