Suriya ordusu "Dvina" ilə pilotsuz təyyarəni vurdu


Suriyada hökumət qüvvələri SSRİ istehsalı S-75 "Dvina" zenit raket sistemi ilə pilotsuz təyyarəni zərərsizləşdirib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə suriyalı zabitlər mətbuat konfransında açıqlama verib. Bildirilib ki, hədəf aşkarlandıqdan sonra 10 dəqiqə ərzində atəş açılıb, 30 saniyə içərisində isə PUA vurulub. Zabitlərin sözlərinə görə, SSRİ dövründə hazırlanan S-75 zenit raket sistemi olduqca təsirlidir və Suriya ordusunda geniş istifadə olunur. Vurulan PUA-nın isə nə adı nə də istehsal olunduğu ölkə barədə heç bir məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top