"Tarzan" təyyarə qəzasında öldü


1996-2000-ci illərdə ABŞ-da yayımlanan "Tarzan – Dastan Macəraları" (Tarzan: Epic Adventures) televiziya serialında rol alan amerikalı aktyor Cozef Lara, Tennessi əyalətində baş verən təyyarə qəzasında dünyasını dəyişib.
Yeniavaz.com "TASS"a istinadla xəbər verir ki, "Cessna C501" tipli balaca təyyarə, şənbə günü əyalətin şimalındakı bir gölə düşüb və nəticədə yeddi nəfər ölüb. Səlahiyyətli orqanların açıqladığına görə, ölənlərin arasında Lara və diyetoloq həyat yoldaşı Quen Şamblin də var idi.
Bildirilib ki, təyyarə Tennessidən Florida istiqamətinə uçub. Havaya qalxdıqdan bir müddət sonra isə hələ bəlli olmayan bir səbəbdən qəzaya uğrayıb. Hadisə ilə əlaqədar istintaq başladılıb.
C. Lara həmçinin "Malibu Xilasediciləri" və "Konan" seriallarında da çəkilib.

DİGƏR XƏBƏRLƏR

Top