Rusiyada yoldan keçənlərə binadan atəş açıldı – 2 yaralı – VİDEO


Rusiyanın Yekaterinburq şəhərinin Himmaş rayonunda naməlum şəxs yaşadığı binanın 4-cü mərtəbəsindən yoldan keçənlərə atəş açıb.

“Saiga” karabinindən açılan atəş nəticəsində iki nəfər yaralanıb.

Atəş açan şəxs polis tərəfindən saxlanılıb. Saxlanılan şəxs həmin mənzilin kirayəşini olub.

təş nəticəsində Milli Qvardiyanın əməkdaşı və bir azyaşlı qız yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Səhiyyə Nazirliyinin Sverdlovsk vilayəti üzrə şöbəsindən verilən məlumata görə, uşağın vəziyyəti son dərəcə ağırdır, kişinin vəziyyəti isə orta-ağırdır. O, ayağından yaralanıb.

Faktla bağlı araşdırma aparılır.


apa

 

DİGƏR XƏBƏRLƏR

Top