Novosibirskdə polis əməkdaşı tərəfindən başından güllələnən azərbaycanlı vəfat edib.
Yeniavaz.com "TASS"a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin regional bölməsindən bildirilib.
Xatırladaq ki, Novosibirskdə polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sosial şəbəkələrdə yayılan kadrlardan, sürücünün şəxsiyyətinin müəyyən olunması üçün hüquq mühafizəçinin xidməti avtomobilinə tərəf aparıldığı görünür. Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil Abdullayev polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını burub və avtomobilin üzərinə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapançadan atəş açılıb. Zərərçəkənin ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.