Paşinyan sərhəddəki münaqişənin həllilə bağlı Rusiyanın təklifini məqbul sayır


Nikol Paşinyan Azərbaycan - Ermənistan sərhədində yaranmış münaqişənin həllilə bağlı Rusiyanın təklifini məqbul saydığını bildirib.
Yeniavaz.com
“RİA Novosti”yə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Paşinyan bu barədə Aparan şəhər sakinləri ilə söhbəti zamanı danışıb:
“Hesab edirik ki, strateji tərəfdaşımız Rusiyanın sərhəddəki münaqişənin həlli barədə təklifi bizim üçün məqbuldur. Biz bu təkliflərin praktikada necə tətbiq olunmasını da konkret şəkildə deyirik”.
Qeyd edək ki, Rusiya Federasiyası Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsinə dair üçtərəfli komissiyanın yaradılması ilə bağlı təklif irəli sürmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top