Sumqayıtda yük maşını ərazidə təmizlik aparan şəxsi vurub


Sumqayıtda yük maşını kişini vuraraq üstündən keçib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.​​
Ərazidə təmizlik işləri aparan kişini “KAMAZ” markalı yük avtomobili vuraraq üstündən keçib. O, hadisə yerindəcə dünyasını dəyişib. Onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top