Göygöldə 4 tona yaxın narkotik bitki məhv edilib


Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Firuzabad qəsəbəsi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 3 ton 800 kiloqramdan artıq olan çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top