Baş nazir: “Azərbaycan Ermənistanla sərhəd xətləri məsələsini konstruktiv həll etməyə tam hazırdır”


“Azərbaycan müstəqillik əldə edəndən sonra həmhüdud dövlətlərlə, o cümlədən Rusiya, İran və Gürcüstanla sərhədlərinin beynəlxalq hüquq normalarına uyğun şəkildə delimitasiya və demarkasiyasını həyata keçirib”.
Bunu Baş nazir Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında deyib.
O bildirib ki, Ermənistan ilə sərhədin delimitasiya və demarkasiyasını həyata keçirmək isə mümkün deyildi, çünki Azərbaycan Respublikasının ərazisinin bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi: “İndi, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan öz sərhəd infrastrukturunu müəyyən etməyə başlayıb və Ermənistan ilə sərhəd xətləri məsələsini konstruktiv şəkildə həll etməyə tam hazırdır”.

DİGƏR XƏBƏRLƏR

Top