Bakının polis bölmələrindən birinə yeni rəis təyin edilib

Daxili işlər orqanlarında yeni təyinat olub. Polis polkovnik-leytenantı Elmir Hüseynov Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Bölməsinə rəis təyin edilib. E.Hüseynov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində çalışıb. Xatırladaq ki, bir neçə ay əvvəl 25-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafael Albabayev vəzifəsindən azad edilərək 23-cü Polis Bölməsinə rəis təyin edilmişdi.

Report

DİGƏR XƏBƏRLƏR

Top