Dünyaya gələn körpəyə şəhid atasının adı verildi - FOTOLAR

44 günlük Vətən müharibəsi şəhidinin övladı dünyaya gəlib. 

Bu gün şəhid Xəqani Hüseynəli oğlu Fətiyevin oğul övladı dünyaya gəlib.

Körpəyə atasının adı verilib. Dünyaya gələn balaca ailənin beşinci övladıdır.

Xatırladaq ki, Fətəliyev Xəqani Hüseynəli oğlu 1989-cu ildə Cəlilabad rayonunun Adnalı kəndində anadan olub. O, 2014-cü ildən kiçik çavuş kimi müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına əsasən, o, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 






DİGƏR XƏBƏRLƏR

Top