1 kq mal əti üçün 15 ton, 1 kq fındıq üçün 9 ton sudan istifadə edilir... – SİYAHI


Məlum olduğu kimi, həm insanlar, həm də bitki və heyvanların mövcud olmasında suyun əvəzsiz dəyəri var.
Yeniavaz.com
xəbər verir ki, hazırda sudan səmərəli istifadə dünyanın ən çox diqqət ayırdığı məslələrdən biridir.  
Bildiyimiz kimi, Yerin ümumi su ehtiyatlarının yalnız 2%-i şirin su ehtiyatları təşkil edir və insanlar bunun ancaq 0,3%-dən istifadə edə bilirlər. Bu səbəbdən əhalinin təhlükəsiz içməli su ilə təmin edilməsinə və suya qənaət edilməsinə həm qlobal səviyyədə, həm də dövlətlər səviyyəsində xüsusu əhəmiyyət verilir.
Qeyd edək ki, su təkcə insanlar ondan birbaşa istifadə etdikləri üçün dəyərli deyil.  Qlobal iqtisadiyyatda suyun əhəmiyyəti göz qabağındadır. Kənd təsərrüfatı, istehsal və sənaye sahələrinə  kimi hər yerdə sudan istifadə edilir. Kənd təsərrüfatı bu günə qədər dünyanın ən çox su tələb edən sektorudur. Təxmini hesablamalara görə il ərzində kənd təsərrüfatı sektoru dünyada 1200 milyard kubmetr su istehlak edib.  Qida məhsullarının istehsalı prosesində böyük həcmdə sudan istifadə edilir. 1 kiloqram mal ətinin süfrəmizə gəlib çıxması üçün 15 415 litr su sərf olunur.  
“Su İzi Şəbəkəsi” (“Water Footprint Network”) bəzi qida məhsullarına sərf olunan suyun miqdarını açıqlayıb:
1 kq mal əti – 15 415 litr
1 kq fındıq – 9 063 litr
1 kq qoyun əti – 8 763 litr
1 kq donuz əti – 5 988 litr
1 kq quş əti – 4 325 litr
1 kq yumurta – 3 265 litr
1 kq taxıl – 1 644 litr
1 kq süd – 1 020 litr
1 kq meyvə – 962 litr
1 kq tərəvəz – 322 litr

DİGƏR XƏBƏRLƏR

Top