Malidə dövlət çevrilişi edən polkovnik ölkənin müvəqqəti prezidenti oldu


Mali Konstitusiya Məhkəməsi dövlət çevrilişi edən polkovnik  Assimi Qoitanı ölkənin müvəqqəti prezidenti kimi təsdiqləyib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mali Konstitusiya Məhkəməsi açıqlama verib. 
Xatırladaq ki, prezidentliyi təqdiqlənmiş Qoitanın təlimatı ilə 24 mayda  ölkənin müvəqqəti prezidenti Bah Ndau, baş naziri Moktar Uana və müdafiə naziri Süleyman Dukara hakimiyyətdən uzaqlaşdırılaraq həbs olunmuşdular. Ötən gün isə Bah Ndau və baş nazir Moktar Uana Qərbi Afrika Ölkələrinin İctimai Birliyinin vasitəsilə azadlığa buraxılıb. Bundan başqa BMT rəsmilərin həbs edilməsini qınayaraq onların azadlığıa buraxılmasını tələb etmişdi. 
ABŞ Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirrərək, Malidəki hadisəni qınamış və bu ölkəyə göstərdiyi təhlükəsizlik yardımını dayandırdığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top