7-ci sinif şagirdi məktəbin ikinci mərtəbəsindən yıxılıb – YENİLƏNİB


Mingəçevirdə şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb.
Yeniavaz.com
xəbər verir ki, hadisə şəhərin Texniki Humanitar liseyində baş verib. Liseyin 7 b sinif şagirdi Solmaz Telman qızı Məmmədova tənəfüs zamanı özünü pis hiss etdiyindən sinfin otağındakı pəncərənin qarşısına keçərək hava almaq məqsədi ilə pəncərədən aşağı əyilib. Bu zaman şagirdin başı gicəllənib və o müqaqvimətini saxlaya bilməyib, ikinci mərtəbədən yerə yıxılıb.
Bu barədə liseyin direktoru Nailə Məmmədova açıqlama verib. Qeyd edib ki, dərhal təcili tibbi yardım çağrılıb və şagird xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı Mingəçevir şəhər xəstəxanasında olduq. Xəstəxananın acil həkimi Rəmziyyə Süleymanova xəstənin vəziyyəti ilə məlimat verərək bildirdi ki, xəstə Solmaz Məmmədova saat 11-12 radələrində xəstəxananın acil şöbəsinə daxil olmuşdur. Xəstə bütün lazımı müayinələrdən keçirilib. Belə ki, başın KT müayinəsi döş qəfəsin, qarın boşluğunun tam müayinəsi, çanaq sümüklərinin rentgeni olunmuşdur. Hal-hazırda xəstənin vəziyyəti tam qənaətbəxşdir. Yıxılan zaman xəstə başından və ağz hissəsindən zədələnmişdir.

Esmira Hidayətova, Mingəçevir

***13:30
Mingəçevirdə şagird məktəbin üçüncü mərtəbəsindən yıxılıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Texniki Humanitar Liseydə baş verib.

Liseyin 7-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü Məmmədova Solmaz Telman qızı ehtiyatsızlıq nəticəsində üçmərtəbəli lisey binasının üçüncü mərtəbəsindən yerə yıxılıb.

Müxtəlif bədən xəsarətləri alan şagird xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top