"Daily NK": "Şimali Koreya pişik və göyərçinlərin öldürülməsi barədə əmr verdi" – SƏBƏB


Şimali Koreya hakimiyyəti ölkədə koronavirusun yayılmasını dayandırmaq üçün Çinlə həmsərhəd bölgələrdə pişiklərin və göyərçinlərin məhv edilməsi barədə əmr verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Daily NK" nəşri xəbər yayıb. Bildirilib ki, həmin heyvanlar virusu ölkəyə Çindən gətirir. Bu səbəblə Çinlə sərhəd bölgələrdə görülən pişik və göyərçilərin öldürülməsi barədə qərar qəbul edilib. 
Qeyd edək ki, rəsmi rəqəmlərə görə Şimali Koreyada bu günə qədər koronavirusa heç bir yoluxma halı qeydə alınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top