"New York Times" Fələstində öldürülən uşaqların fotolarını manşetə çıxardı – FOTO


ABŞ-də nəşr edilən tanınmış "New York Times" qəzeti İsrail-Fələstin qarşıdurmasında raket hücumu zamanı ölən fələstinli uşaqların fotolarını yayımlayıb.
Yeniavaz.com
xəbər verir ki, "onlar hələ uşaq idi" sözləri ilə dərc edilən məqalədə İsrail hücumu nəticəsində öldürülən 18 yaşdan aşağı 67 uşağın şəkilləri yer alıb. Yazıda həmin uşaqların həyat hekayəsinə toxunulub. 
Qeyd edək ki, mayın 10-da İsrail-Fələstin arasında qarşıdurma başlamışdı. Hadisə nəticəsində 2 minə yaxın insan yaralanıb. 67-si uşaq olmaqla 254 fələstinli dünyasını dəyişib. BMT-nin açıqlamasına görə, 75 mindən çox fələstinli isə qaçqın düşüb.

DİGƏR XƏBƏRLƏR

Top