
Son 5 ayda ABŞ-ın bir sıra qurumları 3 dəfə Rusiyanın kiber hücumuna məruz qalıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Microsoft” məlumat yayıb. Açıqlamada deyilir ki, hücum “SolarWinds”in qrup üzvləri tərəfindən hazırlanıb. Kiber hücumçular bu dəfə ABŞ başda olmaqla, 24 ölkəyə də hücum təşkil edib.
Hədəf alınan qurumların beynəlxalq inkişaf, humanitar yardım və insan hüquqları sahəsinə aid olduğu bildirilib.
Xatırladaq ki, hücumlar rus hakerlərin göndərdiyi tələ xarakterli poçt mesajları vasitəsilə həyata keçirilib. "Microsoft"un məlumatında göstərilib ki, hücumların hədəfi kəşfiyyat məlumatlarını toplamaq olub.