Azərbaycan-Ermənistan sərhədinə beynəlxalq müşahidəçilər yerləşdiriləcək?


Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyanın sərhəd bölgəsinə beynəlxalq müşahidəçilərin gətirilməsi ilə bağlı sözlərindən sonra Avropa İttifaqı (Aİ) açıqlama yayıb. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Aİ Paşinyanın təklifini alqışladığını bildirib:
"Gərginliyin azaldılmasına yönəlmiş bütün səyləri, o cümlədən mümkün beynəlxalq müşahidəçilər missiyası təkliflərini alqışlayırıq".
Qeyd edək ki, 10 mayda Zəngəzurda Azərbaycan-Ermənistan sərhədində gərginlik baş vermişdi. Daha sonra Kəlbəcər istiqamətində çox sayda erməni hərbçi təxribat törətməyə cəhd etmişdi. Bu hadisədən sonra Paşinyan açıqlama verərək bildirmişdi ki, Azərbaycan və Ermənistan daxilindəki bəzi qüvvələr yenidən müharibənin başlamağını istəyir, sərhəd bölgələrinə beynəlxalq müşahidəçilər gəlməlidir.

DİGƏR XƏBƏRLƏR

Top