Bu ölkə koronavirusa görə tam qapanmaya gedir


Malayziyada son bir neçə gündə koronavirusa yoluxma hallarının artmasına görə ölkə üzrə tam qapanmaya gedilir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, tam qapanma 1-14 iyun tarixlərini əhatə edəcək. Ölkədə küçəyə çıxma qadağası tətbiq ediləcək. Əsas xidmət sahələri istisna olmaqla, bütün sektorlar fəaliyyətini dayandıracaq.
Bildirilib ki, ilk mərhələdə yoluxma sayında azalma müşahidə olunarsa, dörd həftə içərisində digər iş sahələri mərhələli şəkildə yenidən fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Malayziyada bu günə qədər 549 min 514 nəfər koronavirusa yoluxub, 2 min 552 nəfər isə dünyasını dəyişib.
 

DİGƏR XƏBƏRLƏR

Top