ABŞ əfqan hərbçiləri qorumaq üçün plan hazırlayır


ABŞ-ın baş qərargah rəisi general Mark Milley ABŞ ordusunda işləyən əfqanları Əfqanıstandan təxliyə etmək üçün sürətli plan hazırlandığını bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, general ABŞ və koalisiyanı dəstəkləyən çox sayda əfqan hərbçisinin “Taliban” tərəfindən hədəfə alına biləcəyini və sözügedən planın da məhz onların həyatının qorunması üçün hazırlandığını bildirib.
Qeyd edək ki, Milley hazırlanan planın yalnız əfqan hərbçilərə deyil, ABŞ tərəfdarı olan hər əfqana şamil oluna biləcəyini deyib. Onun sözlərinə görə, belə şəxslərin Əfqanıstandan çıxarılması onlar üçün vacib addımdır. O həmçinin vurğulayıb ki, məsələ ABŞ Xarici İşlər Nazirliyinin nəzarətindədir.

 

DİGƏR XƏBƏRLƏR

Top