Lənkəranda ağır yol qəzası: sürücü öldü


Lənkəranda baş vermiş yol qəzasında sürücü ölüb.

Yol qəzası Şirinsu kəndində qeydə alınıb.

“Subaru” markalı avtomobilin sürücüsü 1964-cü il təvəllüdlü Surəddin Mirzağa oğlu Həmzəyev idarəetməni itirib, avtomobil “Mercedes” markalı minik maşını ilə toqquşub, sonra isə aşıb.

Qəza nəticəsində sürücü ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (apa)

DİGƏR XƏBƏRLƏR

Top