Bu gün Azərbaycanda 62 mindən çox şəxs peyvənd vurdurdu


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 296 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 155, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 91 41 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 169 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 279 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 8 89 829 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top