Yardımlı rayonunda dəhşətli hadisə baş verib.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, rayonun Vərgədüz kənd sakini 1 yaşlı Nəriman Tağılı yaşadığı evin həyətində quyuya düşərək vəfat edib.
Hadisə zamanı körpənin nəzarətsiz qaldığı bildirilir.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.