Hərbçilərimiz “Anatolian Phoenix-2021” təlimində praktiki uçuşlar icra edir


Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları “Anatolian Phoenix-2021” təlimində plana uyğun olaraq təlim uçuşları keçirir.
Bu barədə Yeniavaz.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Uçuşlar zamanı əsas diqqət iştirakçı ölkələrin hərbi aviasiyası ilə müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi zamanı qarşılıqlı fəaliyyətlərin təşkili, döyüş uzlaşması imkanlarının öyrənilməsi və axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqların yerinə yetirilməsinə yönəldilir.

DİGƏR XƏBƏRLƏR

Top