Gedişhaqqının artırılacağı iddiaları ilə bağlı Bakı metrosundan daha bir AÇIQLAMA


“Bakı Metropoliteni”ndə qiymət artımının olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. 
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, bu barədə “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 
O bildirib ki, bu səlahiyyət təmsil etdiyi quruma məxsus deyil: 
“Biz metroda gedişhaqqının artırılması ilə bağlı qərar verə bilmərik. Metroda gedişhaqqını Tarif Şurası müəyyənləşdirir. Biz isə bu barədə hələ ki, Tarif Şurasına müraciət etməmişik. Mayın 31-dən fəaliyyətini bərpa edəcək metro stansiyalarında gedişhaqqı əvvəlki qiymət olacaq. Metroda gedişhaqqının 97 qəpik olması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlar yalandır”.
Qeyd edək ki, bir neçə gün əvvəl də “Bakı Metropoliteni”QSC-nin mətbuat xidməti, yayılan eyni məzmunlu iddiaları təkzib etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top