Dünyada COVID-19-la bağlı son STATİSTİKA


Dünyada yeni növ koroanvirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
 “worldometers”ə istinadla xəbər verir ki, dünyada yeni növ koronavirusdan ölənlərin sayı 3 milyon 525 min 592-yə, yoluxanların sayı isə 169 milyon 652 min 379-a çatıb. 151 milyon 390 min 967832 nəfər isə müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk sırada ABŞ dayanır. Həmin ölkədə bu günə qədər 33 milyon 999 min 680 nəfər koronavirusa yoluxub, 607 min 726 nəfər isə ölüb.
İkinci sırada Hindistandır. Həmin ölkədə indiyədək 27 milyon 555 min 457 nəfər koronavirusa yoluxub, 318 min 895 nəfər isə ölüb. Hindistanda gündəlik ölüm sayında görə bir neçə dəfə rekord göstərici qeydə alınıb. Bir neçə həftədir, orada hər gün 4 mindən çox insan koronavirus səbəbilə dünyasını dəyişir.

DİGƏR XƏBƏRLƏR

Top