Putin Lukaşenkonu dənizdə üzməyə dəvət etdi – YENİLƏNİB


Soçidə Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüşü baş tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. Görüş zamanı ikitərəfli münasibətlər, regional məsələlər müzakirə olunub. Putin daha sonra Soçidə havanın isti olduğunu bildirərək Lukaşenkonu dənizdə üzməyə dəvət edib. 

***11:55
Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüş baş tutacaq.
Yeniavaz.com
"TASS"a istinadla xəbər verir ki, iki lider arasındakı görüş Rusiyanın Soçi şəhərində həyata keçiriləcək. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, prezidentlər ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsini, regional məsələləri və iki dövlətin birgə layihələrini müzakirə edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top