Duz istifadəsini tamamilə dayandırsaq orqanizmdə nə baş verər?


Duz bədənimizin normal işləməsinə kömək edən vacib bir qida məhsuludur. Bəs duzun istifadəsini ümumiyyətlə dayandırsaq orqanizmdə nə baş verər?
Yeniavaz.com
xəbər verir ki, yodlaşdırılmış duzun istifadəsi hormonlar üçün vacib amillərdəndir. Əgər biz duz qəbulunu tamamilə dayandırsaq, yod ehtiyatımız azalacaq. Nəticədə çəki artımı baş verəcək. Bununla yanaşı üzdə şişkinlik, dəridə quruluq, əzələ zəifliyi və yorğunluq kimi problemlər də yaranacaq.
Xüsusilə, ürək problemi olan insanlar üçün duzsuz pəhrizin faydalı olduğu deyilir. Ancaq bu hər kəs üçün doğru olmaya bilər. Araşdırmalara görə, normadan daha az və ya çox duz istifadə etmək ürək xəstəliyi olan insanlara pis təsir edə bilər. Qanda natrium maddəsi kəskin azaldıqda ağızda quruluq, başgicəllənmə, susuzluq yaranır. Bütün bu amillərə görə duz qəbulunu dayandırmadan əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Duzdan həddindən artıq istifadə isə insanlarda yüksək qan təzyiqinə, böyrək daşının meydana gəlməsinə, hətta mədə xərçənginə belə səbəb ola bilər.
Qeyd edək ki, insanın xörək duzuna olan gündəlik tələbatı 5 qramdır.

DİGƏR XƏBƏRLƏR

Top