ABŞ Açıq Səma Müqaviləsinə geri qayıtmayacaq


ABŞ Rusiyaya ölkəsinin Açıq Səma Müqaviləsinə geri qayıtmayacağını bildirib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət katibinin köməkçisi Vendi Şerman məlumat verib.
Rusiya da məsələyə münasibət bildirib. Rusiya tərəfi razılaşmada geri addım atılmayacağı barədə ABŞ tərəfindən rəsmi surətdə məlumatlandırıldıqlarını təsdiqləyib.
1992-ci ildə imzalanan və 2002-ci ildə qüvvəyə minən müqaviləyə əsasən ölkələr bir-birinin əraziləri üzərində qısa müddətli silahsız müşahidə uçuşları həyata keçirə bilər. Razılaşmanın məqsədi ölkələrin bir-birinin hərbi gücü barədə məlumat toplamasına, şəffaflığı artırmasına və ölkələr arasında etimadı artırmasına imkan verməkdir.

DİGƏR XƏBƏRLƏR

Top