Koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Xalq artistinin SON DURUMU


Koronavirusa (COVID-19) yoluxaraq xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəylinin vəziyyəti açıqlanıb.

Yeniavaz.com-un xəbərinə görə, Xalq artistinin ailəsindən Report-a bildirilib ki, R.Əzizbəylinin xəstəxanada müalicəsi davam edir:

“Qızı ilə eyni palatadadırlar. Həkimlər Ramizin vəziyyətinin orta-ağır olduğunu deyirlər. Oksigen verirlər”.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top