Ter Petrosyan Ermənistanın vətəndaş müharibəsinə sürükləndiyini bildirdi


Ermənistanın ilk prezidenti Levon Ter Petrosyan ölkədə vəziyyətin gərgin olduğunu və bunun vətəndaş müharibəsinə yol aça biləcəyini bildirib.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə keçmiş prezident müsahibəsi vaxtı məlumat verib. O, qarşıda Ermənistanı ağır günlər gözlədiyini də bildirib. Onun sözlərinə görə, hazırda Ermənistanın ikinci prezidenti Robert Köçəryan və baş nazir Nikol Paşinyanın tərəfdarları arasında kəskin antiqonizm mövcuddur. Keçmiş Ermənistan lideri mövcud vəziyyətin dayandırılmaması halında yaşananların nəticəsinin dəhşətli olacağına diqqət çəkib.
Terpetrosyanın fikrincə parlamentli sistemə keçid səhv addımdır və o, bunu Serj Sarkisyanın ən böyük yanlışı kimi qiymətləndirib.

DİGƏR XƏBƏRLƏR

Top