“COVID-19 sertifikatı” kimlərə verilir? – AÇIQLAMA


“COVID-19 immunitet sertifikatı” son 6 ayda koronavirus analiz nəticəsi pozitiv olan vətəndaşlara verilir".
Yeniavaz.com
 xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.
"Lakin müşahidələr onu göstərir ki, son 6 (altı) ayda deyil, ümumiyyətlə pandemiyanın başlanmasından bu günə qədər olan dövrdə xəstəliyə yoluxmuş şəxslər “COVID-19 immunitet sertifikatı”nı yükləməyə çalışırlar. Bir daha vurğulamaq istərdik ki, “COVID-19 vaksin sertifikatı”nı hər iki dozada vaksinasiya olunan, “COVID-19 immunitet sertifikatı”nı isə son 6 (altı) ayda COVID-19 analiz nəticəsi pozitiv olan şəxslər əldə edə bilərlər".

DİGƏR XƏBƏRLƏR

Top