
Dünyanın nüfuzlu araşdırma şirkətlərindən olan Amerika İctimai Fikir İnstitutu (“Gallup”) tərəfindən Ermənistanda növbəti sorğu keçirilib.
Yeniavaz.com “Gallup”un açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, keçirilən sorğuda vətəndaşlardan bu ilin iyun ayının 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində kimə səs verəcəkləri soruşulub.
Sorğuda iştirak edənlərin 24,8%-i %-i Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına səs verəcəyini bildirib. Məlumatda qeyd olunur ki, fevral ayında “Gallup”un keçirdiyi sorğuda iştirak edənlərin 33,1%-i, mart ayında 31,7%-i, aprel ayında isə 27,2%-i “Mənim addımım” partiyasına səs verəcəyini qeyd edib.
May ayının 18-23-ü tarixlərində keçirilən sorğunun nəticəsi aşağıdakı kimi olub:
Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyası | 24,8 % |
Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku | 14,1 % |
Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası | 4,1 % |
Serj Sarkisyan və Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku | 3,1 % |
Aram Sarkisyanın rəhbərlik etdiyi “Respublika” partiyası | 2,5 % |
Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyası | 2 % |
“Şirinyan-Babajanyan” bloku | 1,6 % |
“Erməni Vətəni” partiyası | 1,2 % |
Levon Ter Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi” | 1,1 % |
“Sasna Tsrer” partiyası | 0,6 % |
“5165 Hərəkatı” | 0,5 % |
“Milli-Demokratik Qütb” partiyası | 0,4 % |
“Vətəndaşın qərarı” partiyası | 0,4 % |
“Ədalətli Ermənistan” partiyası | 0,4 % |
İttifaq partiyası | 0,4 % |
Ermənistan Kommunist partiyası | 0,1 % |
“Bimirəm” deyənlər | 14,6 % |
“Heç kimə səs verməyəcəm” deyənlər | 13,4 % |
Qeyd edək ki, “Gallup”un fevral, mart, aprel aylarında keçirdiyi sorğunun nəticələri aşağıdakı kimi olub:
Fevral | Mart | Aprel | |
Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına | 33,1 % | 31,7 % | 27,2 % |
Sabiq prezident Robert Köçəryana | - | 5,9 % | 8,1 % |
Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına | 4,4 % | 4,4 % | 3,7% |
Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyasına | 2,6 % | 2,7 % | 1,8 % |
Sabiq prezident Serj Sarkisyana | 2,2 % | 2,4 % | - |
“Daşnaksütun” partiyasına | 2,2 % | 2,1 % | 1,8 % |
Vazgen Manukyanın ətrafında birləşən müxalifət partiyalarına | - | 1% | - |
“Sasna Tsrer” partiyasına | - | 0,5 % | 0,6 % |
Artur Vanetsyanın rəhbərlik etdiyi “Vətən” partiyasına | - | 0,4 % | - |
“Heç kimə” deyənlər | 27,2 % | 24,6 % | 7,4 % |
“Bilmirəm” deyənlər | - | 20 % | 17,3 % |