"Tezliklə Naxçıvana avtobus reysləri bərpa ediləcək" – RƏSMİ


"Naxçıvandan olan sərnişinlərimizin çoxsaylı müraciətinə əsasən avtobusla səfərlərin bərpası üzrə müvafiq tədbirlər tam gücü ilə davam edir".
Yeniavaz.com
report-a istinadən xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.
"Tezliklə muxtar respublikaya səfərlər bərpa ediləcək", - deyə o, qeyd edib.
Xatırladaq ki, N.Allahyarova bir qədər əvvəl keçirdiyi mətbuat konfrasında Bakıdan Naxçıvana avtobusla sərnişin daşımalarının bərpa edilməsinin hələ ki, nəzərdə tutulmadığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top