İngiltərənin Şərqi Sasseks bölgəsinin sahilində 80 milyon funt sterlinq dəyərində narkotik maddə ələ keçirilib.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, bu barədə İngiltərə Milli Cinayət Agentliyi məlumat verib. Agentlik bildirib ki, sahildə su keçirməyən torbalara qoyulan və xilasetmə gödəkçələrinə bağlanan 960 kiloqram kokain aşkar edilib. Narkotik maddənin haradan gəldiyi və hansı istiqamətə göndərildiyi barədə araşdırma başladılıb.