İngiltərənin Azərbaycandakı səfiri Ceyms Şarp 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə görüntülər səfirliyinin “facebook” hesabında paylaşılıb. Ceyms Şarp Azərbaycan dilində etdiyi təbrikdə “əziz Azərbaycan xalqı, sizi Azərbaycanın milli bayramı, Respublika Günü münasibətilə təbrik edirəm! Hər birinizə səadət və xoş günlər, ölkənizə isə firavanlıq, sülh və tərəqqi diləyirəm”-deyə bildirib.
Həmin görüntüləri təqdim edirik: