Operativ Qərargahın sonuncu brifinqindən sonra Bakıda növbələr yarandı – RƏSMİ


Səhiyyə Nazirliyi vaksinasiya ilə bağlı bəzi poliklinikalarda yaranan növbələrə münasibət bildirib.

Nazirlikdən Yeniavaz.com-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu qərarından sonra peyvəndlə bağlı məntəqələrə gələn vətəndaşların sayı dəfələrlə artıb.

Qeyd olunub ki, problemlərdən biri də məntəqələrə müraciət edənlərin 90 faizinin qeydiyyatdan keçməməsidir: “Onların qeydiyyata alınması müəyyən vaxt alır, bu, onlayn qeydiyyatdan keçən vətəndaşların narazılığına səbəb olur. Çünki canlı növbədə olanlar onlayn qeydiyyatdan keçən vətəndaşların poliklinikaya daxil olmasına etiraz edirlər. Bilirsiniz ki, poliklinikalarda xüsusi mühafizə xidməti yoxdur, işləyən həkimlərin də əksəriyyəti qadındır. Bu səbəbdən növbəni tənzimləməkdə problemlər yaranır. Vətəndaşlarımızdan məntəqələrə gələrkən məsafəyə və növbəyə riayət etmələrini xahiş edirik. Sıxlıq yaradılanda həkimlərin də işində problem yaranır”.

DİGƏR XƏBƏRLƏR

Top