
Fransada COVID-19 virusuna yoluxanların və ölənlərin sayı artıb.
Yeniavaz.com "worldometers"ə istinadla xəbər verir ki, Fransada son sutkada 12 min 646 nəfər COVID-19-a yoluxub. 144 nəfər isə dünyasını dəyişib. Nəticədə yoluxanların ümumi sayı 5 milyon 621 min 696-a, ölənlərin sayı isə 109 min 23-ə nəfərə çatıb. 5 milyon 162 min 757 nəfər isə müalicə alaraq sağalıb.