İsrail mətbuatı öldürülmüş fələstinli uşaqlardan yazdı


İsraildə nəşr olunan “Haaretz” qəzeti İsrail hücumu nəticəsində öldürülən fələstinli uşaqların adlarını və fotolarını yayımlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən xəbər qəzetin ilk səhifəsində nəşr olunub. İbrani dilindəki məqalə “Qəzzada 67 uşaq öldürüldü, müharibənin nəticəsi budur” başlığı ilə çap olunub. 
Qeyd edək ki, 10 mayda İsraillə Fələstin arasında başlayan müharibə 22 mayda atəşkəslə sona çatdırlıb. Müharibə vaxtı 1900-dən çox insan yaralanıb. 67-si uşaq olmaqla 254 fələstinli dünyasını dəyişib. BMT-nin açıqlamasına görə, 75 mindən çox fələstinli qaçqın düşüb.

DİGƏR XƏBƏRLƏR

Top