Almaniya "AstraZeneca" barədə araşdırmanı təqdim etdi


Almaniyanın Höte Universitetindən bir qrup tədqiqatçı “AstraZeneca” və “Johnson & Johnson” peyvəndlərinin qan laxtalanmasını meydana gətirməsi ilə bağlı açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə RBC kanalı məlumat yayıb. Universitetin professoru Rolf Marşalekin sözlərinə görə, tromboz hər iki peyvəndin SARS-Cov-2 virusunun “sünbül zülalı”nı insan orqanizminə çatdırmaq üçün istifadə etdiyi adenoviral vektorlarla əlaqələndirildiyini deyib. Sözügedən “sünbül zülalı” sağlam bir hüceyrənin sitosolik mayesinə deyil, nüvəsinə yönəlir. Bundan sonra “sünbül zülalı”nın hissələri yarılır və hüceyrə membranına bağlana bilmir və peyvəndlənməyə səbəb olan mutasiyaları yaradır. Zülalın mutasiya olunmuş versiyaları təxminən 100 min insandan birində qan laxtalanmasına səbəb olur.
Qeyd edək ki, aprel ayında “AstraZeneca” peyvəndinə görə bir neçə Avropa ölkəsində tromboz aşkarlandığına görə peyvəndlənmə prosesi dayandırılmışdı, hətta bəzi ölkələrdə qadağan edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top