Bayden COVID-19-un araşdırılması üçün 90 gün vaxt verdi


ABŞ prezidenti Co Bayden ötən gün koronavirusun səbəblərinin ortaya çıxarılması üçün ABŞ kəşfiyyatına 90 gün möhlət verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Bayden çıxışı zamanı kəşfiyyat qrupunun araşdırmanı iki xətt üzrə aparacağını bildirib. Onlardan birinin virusun heyvandan insan keçməsi, digəri isə laborotoriyada baş verən qəza vaxtı meydana gəlməsidir. O, ABŞ-ın Çinə tam şəffaf dəlillərə əsaslanan bir araşdırma aparmaq üçün təzyiq göstərəcəyini və bütün tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcəyini bildirib.
Xatırladaq ki, sözügedən kəşfiyyat qrupu 17 ABŞ kəşfiyyat xidmətindən ibarət olacaq.
Qeyd edək ki, bu günə kimi dünyada 169 milyondan çox insan COVID-19-a yoluxub. 3 milyondan çox insan isə həyatını itirib.

DİGƏR XƏBƏRLƏR

Top