2021-ci ildə bu rayonlarda yeni iş yeri açılmayıb – Rayonlar üzrə TAM SİYAHI


Bu ilin ilk rübü ərzində Azərbaycanda 13 min 181 yeni iş yeri açılıb.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yeni açılan iş yerlərinin sayı təxminən 2 dəfə azalıb.
Qeyd edək ki, ötən ilin ilk rübü ərzində Azərbaycanda 25 min 88 yeni iş yeri açılıb.
Yeni iş yerlərinin sayı əksər rayonlar üzrə azalıb. Ötən ilin ilk rübündə yalnız 5 rayonda yeni iş yeri açılmayıbsa, bu ilin ilk rübündə yeni iş yerlərinin açılmadığı rayonların sayı 11-ə yüksəlib.
Açıqlanan hesabatda diqqət çəkən məqamlardan biri isə odur ki, ötən ilin ilk rübü ilə müqayisədə bu ilin ilk rübündə Azərbaycanın işğal altında olan rayonları azad olunub. Lakin, işğaldan azad olunan rayonlarda yeni açılan iş yerlərinin sayında heç bir artım olmayıb. Bəzi rayonlarda isə azalma olub. Məsələn, ötən ilin ilk rübündə Şuşa rayonu üzrə 6 yeni iş yeri açılıbsa, bu ilin ilk rübündə Şuşa rayonunda cəmi 4 yeni iş yeri açılıb.
Azərbaycanın şəhər və rayonlarında yeni açılan iş yerlərinin sayı aşağıdakı kimi olub:
Şəhər və rayonlar 2020-ci ilin
I rübü
2021-ci ilin
I rübü
Ölkə üzrə - cəmi 25 088 13 181
Bakı şəhəri 15 189 10 527
Xızı rayonu 73 1
Abşeron rayonu 392 367
Sumqayıt şəhəri 326 226
Gəncə şəhəri 235 257
Qazax rayonu 24 -
Ağstafa rayonu 65 1
Tovuz rayonu 115 8
Şəmkir rayonu 562 47
Gədəbəy rayonu 196 10
Daşkəsən rayonu 15 4
Samux rayonu 13 87
Göygöl rayonu 47 10
Goranboy rayonu 55 18
Naftalan şəhəri 36 82
Balakən rayonu 47 55
Zaqatala rayonu 33 48
Qax rayonu 56 19
Şəki şəhəri 72 58
Oğuz rayonu 7 8
Qəbələ rayonu 131 146
Astara rayonu 74 31
Lənkəran şəhəri 210 84
Lerik rayonu 42 -
Yardımlı rayonu 16 8
Masallı rayonu 28 3
Cəlilabad rayonu 2 337 3
Qusar rayonu 123 53
Xaçmaz rayonu 67 53
Quba rayonu 112 212
Şabran rayonu 3 3
Siyəzən rayonu - 7
Göyçay rayonu 33 27
Beyləqan rayonu 13 47
Ağcabədi rayonu 620 9
Bərdə rayonu 451 2
Neftçala rayonu 12 -
Biləsuvar rayonu 20 7
Salyan rayonu 4 12
Yevlax şəhəri 317 30
Mingəçevir şəhəri 75 24
Ağdaş rayonu 350 50
Ucar rayonu - -
Zərdab rayonu 16 2
Kürdəmir rayonu 161 55
İmişli rayonu 149 20
Saatlı rayonu 38 8
Sabirabad rayonu 4 5
Hacıqabul rayonu 83 53
Şirvan şəhəri 172 92
Cəbrayıl rayonu 7 15
Füzuli rayonu 11 8
Ağdam rayonu 402 17
Tərtər rayonu 249 22
Xocalı rayonu 8 -
Şuşa rayonu 6 4
Xocavənd rayonu 4 8
Xankəndi şəhəri - -
Kəlbəcər rayonu 4 33
Laçın rayonu 34 30
Qubadlı rayonu 16 1
Zəngilan rayonu - 8
Qobustan rayonu 808 38
İsmayıllı rayonu 35 46
Ağsu rayonu - 4
Şamaxı rayonu 97 6
Naxçıvan şəhəri 120 39
Şərur rayonu 11 6
Babək rayonu 20 17
Ordubad rayonu 6 -
Culfa rayonu 5 -
Kəngərli rayonu 3 -
Şahbuz rayonu 21 -
Sədərək rayonu 2 -

DİGƏR XƏBƏRLƏR

Top