Mingəçevirdə sahibsiz itlərə atəş açan şəxs saxlanıldı – DİN-dən açıqlama


Sosial şəbəkələrdə Mingəçevir şəhərində sahibsiz itlərin güllələnərək öldürülməsini əks etdirən video görüntülər yayılıb.
Avtomobildən düşən silahlı şəxs küçədə sahibsiz itlərə atəş açaraq onları öldürüb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində həmin şəxsin Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçisi olduğu müəyyən edilib.
Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəis müavini Tahir Abdullayev bildirib ki, sakinlərin şikayəti əsasında idarənin əməkdaşı tərəfindən sahibsiz itlər zərərsizləşdirilib.
DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Mingəçevir şəhəri ərazisində sahibsiz itlərə odlu silahdan atəş açan şəxs şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar nəticəsində həmin şəxsin Mingəçevir şəhər sakini Anatoli Şükürov olduğu müəyyən edilib. Saxlanılan şəxsdən bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Hazırda faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.

Esmira Hidayətova,Mingəçevir.

 

DİGƏR XƏBƏRLƏR

Top